
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan şəxslər hakim qarşısına çıxarılıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, sözügedən şəxslər barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.
Qeyd olunub ki, hazırda təqdimata Xətai Rayon Məhkəməsində baxılır.
Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Real TV hadisəsi ilə bağlı saxlanılan deputat Arzuxan Əlizadənin oğlu, cinayətkar dəstənin üzvü Əhməd Əlizadənin məhkəməyə gətirilməsi kadrlarını yayıb.
Həmin görüntüləri təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz