
Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında növbəti qələbəsini qazanıb.
Yeniavaz.com xəbər verir, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Andorra ilə üz-üzə gəlib və meydançadan 1:0 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, millimiz növbəti rəqibi Avstraliya ilə bu gün saat 19:30-da Hövsan Yarış Kompleksinin 10A meydançasında qarşılaşacaq.
Xatırladaq ki, yığmamız mundialdakı ilk oyununda ötən gün Timor-Leste yığmasına 6:0 hesabı ilə qalib gəlib.
Tətbiqimizi yükləyə bilərsiniz