
İranın hava hücumundan müdafiə qüvvələri ölkənin cənubunda yerləşən liman şəhəri Bəndər-Abbasın səmasında ABŞ-yə məxsus “Lucas” pilotsuz uçuş aparatını (PUA) vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
İran İslam Respublikası Ordusunun bəyanatına görə, pilotsuz uçuş aparatı vahid milli hava hücumundan müdafiə sistemi çərçivəsində fəaliyyət göstərən hava hücumundan müdafiə bölmələrinin açdığı atəş nəticəsində vurulub.
Agentlik yazır ki, son müharibənin başlanmasından bəri İranın hava hücumundan müdafiə qüvvələri bir neçə müasir döyüş təyyarəsini, bir neçə yüz pilotsuz uçuş aparatını və rəqibə məxsus digər uçuş vasitələrini vurub.
Tətbiqimizi yükləyə bilərsiniz