Yaponiyada ölümcül radiasiya səviyyəsi qeydə alınıb

Yaponiyalı mütəxəssislər qəzalı “Fukusima-1” AES-inin ikinci reaktorunun daxilində ölümcül təhlükəli radiasiya səviyyəsini qeydə alıblar. Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, orada şüalanmanın intensivliyi saatda 530 zivert təşkil edir. Bu barədə informasiya kameralı zondun köməkliyi ilə reaktorda aparılmış yoxlama zamanı əldə olunub. Müqayisə üçün insan üçün normal radiasiya səviyyəsi ildə 0,0024 zivert təşkil edir, 20 zivert həcmində radiasiya səviyyəsi ani ölümə gətirib çıxarır. Xatırladaq ki, “Fukusima-1” AES-ində qəza 2011-ci ilin martında baş verib. Həmin vaxt sunami zərbəsi nəticəsində enerji təchizatı və sərinləşdirmə sistemləri sıradan çıxmışdı.

DİGƏR XƏBƏRLƏR

Top