Bolqarıstanda prezident seçkiləri keçirilir


Bolqarıstanda prezident seçkiləri başlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə saat 9:00) ölkə üzrə 12 mindən çox seçki məntəqəsi açılıb.
Məlumata görə, ölkədə 6,6 milyon seçici var. Səsvermə həmçinin dünyanın 60 ölkəsində keçiriləcək.
Dövlət başçısı vəzifəsi uğrunda 27 namizəd mübarizə aparır.
İlk qeyri-rəsmi seçki nəticələri saat 20:00-dan (Bakı vaxtı ilə 22:00) sonra, yəni seçki məntəqələri bağlandıqdan sonra məlum olacaq. Rəsmi nəticələr oktyabrın 27-də açıqlanacaq.
Qeyd edək ki, Bolqarıstan Prezidenti xalq səsverməsi ilə beş illik müddətə seçilir və ardıcıl iki müddətdən çox olmayaraq bu vəzifədə qala bilər.

DİGƏR XƏBƏRLƏR

Top