Ötən gün Fransadakı aksiyalarda milyona yaxın insan iştirak edib


Fransada həyat səviyyəsinin pisləşməsinə qarşı etirazlar davam edir.
Yeniavaz.com
xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə 24 oktyabr şənbə günü keçirilən nümayişlərdə 410 min nəfər iştirak edib.
Bildirilib ki, onlardan 110 mini Parisdəki aksiyaların iştirakçıları olub.
Digər tərəfdən, etirazların təşkilatçılarından biri və Fransanın ən böyük həmkarlar ittifaqı olan Ümumi Əmək Konfederasiyası nümayişçilərin sayını 800 min nəfər, o cümlədən paytaxtda 250 min nəfər olduğunu təxmin edir.
Fransanın daxili işlər naziri Loran Nunyes şənbə günü təxminən 1000 nəfərin həbs olunduğunu bildirib.
Xatırladaq ki, Fransada etirazlar sentyabrın sonlarında başlayıb. Əvvəlcə etirazların əsas iştirakçıları məktəblilər olub. Onlar təhsilin keyfiyyətinin və dövlət məktəblərinin maliyyələşdirilməsinin səviyyəsinin artırılmasını tələb edirdilər. Daha sonra onlara şagirdlər, valideynlər və müəllimlər də qoşulub. Tezliklə nümayişçilərin sayı genişlənib.

DİGƏR XƏBƏRLƏR

Top