
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo növbəti tarixi rekorda imza atıb.
Yeniavaz.com “Forbes” jurnalına istinadla xəbər verir ki, o, futbol tarixində 2 milyard dollardan çox qazanan ilk futbolçu olub.
Jurnalın məlumatına görə, hesablama zamanı əmək haqqı, bonuslar, reklam gəliri, vergilər və agentlərə ödənişlər xaric biznes gəliri nəzərə alınıb.
Qeyd edək ki, Ronaldo milli komandada 233 rəsmi oyunda 146 qol vuraraq dünya rekordçusu olaraq qalır.
Xatırladaq ki, 41 yaşlı Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir.
Tətbiqimizi yükləyə bilərsiniz