Oyunda olarkən evini qarət etdilər


İngiltərənin “Mançester Yunayted” klubunun portuqaliyalı futbolçusu Bruno Fernandesin evi Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda İtaliyanın “Komo” komandasına qarşı səfər matçı zamanı qarət edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Athletic” portalı məlumat yayıb.
Məlumata görə, cinayət baş verən zaman futbolçunun ailəsi evdə olmayıb. Oğurluqdan dəyən ziyanın miqdarı açıqlanmayıb.
Nəşrin məlumatına görə, Fernandesin qonşularından biri evə girənləri barədə xəbər verib. Polis gələnə qədər onlar beş dəqiqədən az müddətdə içəridə olublar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları portala bildiriblər ki, zəng edən şəxs qonşu evin arxa bağçasında üç naməlum şəxsin olduğunu bildirib. Polis hadisə yerinə gəlib, lakin şübhəlilərin izini tapa bilməyib. Lakin polislər həmin ünvanda oğurluq hadisəsi baş verdiyini və bir neçə əşyanın oğurlandığını aşkar ediblər. Hadisə ilə bağlı araşdırma başlanıb və hazırda ilkin mərhələdədir.
Qeyd edək ki, çərşənbə günü “Mançester Yunayted” Çempionlar Liqasının üçüncü turunda “Komo”ya 4-1 hesabı ilə uduzub.
Xatırladaq ki, 32 yaşlı Fernandes 2020-ci ilin yanvar ayından “Mançester Yunayted”də oynayır. O, klubun heyətində müxtəlif yarışlarda 338 oyun keçirib, 111 qol vurub və 109 məhsuldar ötürmə edib. Portuqaliyalı futbolçu klubla Liqa Kubokunu (2023) və İngiltərə Kubokunu (2024) qazanıb. Ötən mövsüm Fernandes 21 məhsuldar ötürmə ilə İngiltərə Premyer Liqasında bir mövsümdə bu rəqəmə görə rekord vurub.

DİGƏR XƏBƏRLƏR

Top