ABŞ-də polis artıq elektrik təyyarələri ilə xidmət göstərəcək


Florida Politexnik Universiteti polislərə pilotlu elektrik təyyarəsi təqdim etməyə və bununla da polis patrulunda yeni bir səhifə açmağa hazırlaşır.  
Yeniavaz.com
“Naked Science” portalına xəbər verir ki, polis “Jetson ONE” adlı bu nəqliyyat vasitəsindən universitetin kampus ərazilərində patrul xidməti həyata keçirmək, həmçinin, fövqəladə hallarda müdaxilə etmək üçün istifadə etməyi planlaşdırır.
Portalın məlumatına görə, cihaz elektrik mühərrik sistemi ilə təchiz olunub və şaquli qalxa və enə bilir.
Bu xüsusiyyətlər polis əməkdaşlarına adi patrul maşını ilə çətin çatmaq mümkün olan ərazilərə çatmağa imkan verəcək.
Kaliforniyada yerləşən “Jetson” şirkəti “Jetson ONE”ın sifarişi üçün üç il vaxt qalmasına baxmayaraq, universitetin sifarişini sürətləndirib.
İndiyə qədər şirkət əsasən istirahət məqsədləri üçün təyyarələrdən istifadə edən istehlakçıların sifarişlərini yerinə yetirib. İndi universitetin layihəsi onlara fərdi elektrik təyyarələrinin imkanlarını peşəkar mühitdə sınaqdan keçirməyə imkan verəcək.
“Jetson ONE” səkkiz elektrik mühərriki ilə təchiz olunub. O, saatda 100 kilometrə qədər sürətə çata və təxminən 20 dəqiqə havada qala bilir.
Tək nəfərlik təyyarənin çəkisi batareyaları ilə birlikdə təxminən 115 kiloqramdır. O, ballistik paraşüt və avtomatik eniş funksiyası ilə təchiz olunub.

DİGƏR XƏBƏRLƏR

Top