Almaniyada Hitlerin “Qartal yuvasını” yandırdılar


Almaniyada naməlum şəxs Adolf Hitlerin “Qartal Yuvasını” (“Kelştaynhaus”) yandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bild” qəzeti polisin rəsmi münayəndəsinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, yanğın 23 oktyabr cümə günü axşam başlayıb.
Yanğınsöndürən və təcili yardım xidmətləri gələndə bina artıq alov içində olub.
Polisin rəsmi nümayəndəsi bildirib ki, evə ciddi ziyan dəyib və təmir olunmaq ehtimalı azdır.
Polis hadisə yerinə gedərkən motosikletçi ilə qarşılaşdığını bildirib.
O, qəsdən yandırma şübhəsi ilə həbs edilib. Hazırda şübhəli polis tərəfindən dindirilir.
“Bild”in məlumatına görə, həbs olunan şəxs Berlin sakinidir. Hesabatda deyilir ki, hadisə yerində o, psixi qeyri-sabitlik əlamətləri göstərib.
Qeyd edək “Qartal yuvası” iqamətgahı Bavariyanın Alp dağlarında yerləşən və 1937-1938-ci illər arasında NSDAP (Nasional Sosialist Alman Fəhlə Partiyası) Kanslerliyinin rəhbəri Martin Bormann tərəfindən tikilən bir çayxanadır. Bina Hitlerin 50 illik yubileyi üçün hədiyyə kimi inşa edilib. İqamətgah Kelştayn dağında, 1834 metr yüksəklikdə yerləşir.

DİGƏR XƏBƏRLƏR

Top