
Azərbaycan yaşıl və dekarbonlaşdırılmış gələcəyə doğru əsas hüquqi addımını atıb.
Yeniavaz.com “Xəzər TV”yə istinadla xəbər verir ki, Nazirlər Kabinetinin rəsmi qərarı ilə təsdiqlənən “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” artıq icradadır.
Strategiyaya əsasən, 2035-ci ilədək yaşayış binalarında elektrik sobalarına keçidin təşviqi, 2060-cı ilədək isə bütün binalarda elektrik sobalarının payının 100 faizə çatdırılması hədəflənir. Yeni tikilən binalarda elektrik sobalarının quraşdırılması da nəzərdə tutulur.
Energetika nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib ki, bu tədbirlər enerji sərfiyyatını azaltmağa və binaların daha səmərəli olmasına xidmət edir. Ancaq hədəflərə çatmaq üçün həm müasir texnologiyaların tətbiqi, həm də bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi vacibdir.
Beləliklə, enerjiyə qənaət edən binalara keçid yalnız texnologiyaların deyil, bu sahələrdə fəaliyyət göstərən mütəxəssislərin peşə bacarıqlarının da yenilənməsini zəruri edə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Tətbiqimizi yükləyə bilərsiniz