
Rusiya və Ukrayna ölkələr arasında sülh müqaviləsinin əldə edilməməsi səbəbindən 200%-lik tariflərə məruz qalmağa layiqdirlər.
Yeniavaz.com “Clash Report”a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridada keçirilən mitinqdə bildirib.
“Biz beş müharibəyə tariflərlə son qoyduq. Mən onlara dedim ki, əgər müharibə aparmaqda davam etsəniz, sizə 200 faizlik tarif tətbiq edəcəyik və onlar müharibəni dayandırdılar. Yəqin ki, biz Ukrayna və Rusiya ilə də eyni şeyi etməliyik. Mən bu barədə heç düşünməmişdim”, - Tramp qeyd edib.
Ancaq o, özü də bunun işləyəcəyinə şübhə ilə yanaşdığını gizlətməyib. Çünki ABŞ Moskva və Kiyevdən çox az şey alır.
Tətbiqimizi yükləyə bilərsiniz