Silsilə oğurluqlar edən şəxs saxlanıldı


Zaqatala rayonunda silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxs saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Məlumata görə, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. R.Musayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top