
Amerikanın “Anduril Industries” müdafiə şirkətinin həmtəsisçisi Palmer Laki ordu üçün xidməti itlərin klonlaşdırılmasına və onların genlərinin modifikasiya edilməsinə başlamaq niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Məlumata görə, “Warhound” startapında Laki ilə yanaşı, proqram təminatı sahibkarı Ben Lamm da iştirak edir.
Şirkət genetik cəhətdən inkişaf etmiş xidməti itlər yetişdirmək və döyüş meydanındakı vəziyyət barədə məlumatlılıq üçün onları qabaqcıl texnologiya ilə təchiz etmək niyyətindədir.
Layihə tanış olan mənbəyə görə, yeni investisiyalar da daxil olmaqla, maliyyələşdirmə mərhələsində “Warhound” 1,2 milyard dollar dəyərində qiymətləndirilir.
Nəşr bildirir ki, Texas startapı “Hərbi xidmət iti” populyasiyasını yenidən qurmaqla ABŞ-yə döyüş meydanında üstünlük qazandırmağı vəd edir.
“Bizim ideyamız ən yaxşı itləri götürmək, biobank yaratmaq və onları klonlaşdırmaqdır. Bundan əlavə, klonlaşdırma zamanı onların genomunu dəyişdirərək ömrünü uzatmaq və performanslarını yaxşılaşdırmaq imkanları da araşdırılır. Bu, həm itlər, həm də yanğınsöndürən, polis və ya hərbçilər üçün daha faydalı olardı", - deyə Lamm bildirib.
“Anduril Industries” həmçinin xidməti itlər üçün qoruyucu vasitələr və kibernetik elementlər hazırlamağı planlaşdırır ki, burada da məqsəd onların əməliyyat imkanlarını artırmaqdır.
Tətbiqimizi yükləyə bilərsiniz