Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava – 9 nəfər saxlanıldı


Bakıda kafelərin birində kütləvi dava baş verib. 
Yeniavaz.com
Oxu.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi General Əliağa Şıxlınski küçəsində yerləşən “Abu Hava” restoranında qeydə alınıb. 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.
Məlumata görə, davaya biznes münasibətlərində yaranmış mübahisənin səbəb olduğu bildirilir.
Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra onlar bir-birilərinə bıçaqla hücum ediblər. Nəticədə, bir nəfər həyatını itirib. 
Qətlə yetirilən Ceyhun adlı şəxsin “Ceyhun Sabunçu” kimi tanındığı bildirilir.
Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top