ABŞ İrana bu həftəsonu zərbə endirəcək? – Səfir iddia, Tramp təkzib etdi


ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın bu həftəsonu İrana zərbə endirilməsi ehtimalı ilə bağlı şərhlərini təkzib edib.
Yeniavaz.com
xəbər verir ki, jurnalistlər Amerika administrasiyasının rəhbərindən bu çıxışa münasibət bildirməsini istəyiblər.
Belə ki, Tom Barrak İsrail hərbi radiosuna müsahibəsində İrana zərbə endirilməsinin bu gecə və ya bu həftəsonu tamamilə mümkün olduğunu bəyan edib.
ABŞ Prezidenti əvvəlcə “Söhbət mənim səfirimdən gedir?” - deyə soruşub. Daha sonra isə o, səfirin bu çıxışına sarkazmla cavab verib: “Güman ki, o, çox nüfuzlu adamdır. Əgər bu, həqiqətən də belədirsə, mənə bu barədə heç nə məlum deyil”.

DİGƏR XƏBƏRLƏR

Top