
İran Prezidenti Məsud Pezeşkian gələn həftə Rusiyaya səfər etməyi və orada Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi “İnstagram” səhifəsində 19 oktyabrda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən bəhs edərkən bildirib.
“Siyasi və iqtisadi əməkdaşlığın inkişafı, birgə müqavilələrin həyata keçirilməsi, İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsi bu danışıqların əsas mövzuları olub. Gələn həftə bu danışıqlar və məsləhətləşmələr iki ölkə prezidentlərinin iştirakı ilə Moskvada davam edəcək”, - deyə o, qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz