Avropada istidən 50 mindən çox insan ölüb – Araşdırma


2026-cı ilin yayında Avropada həddindən artıq istilər nəticəsində 50 mindən çox insan ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat London İmperial Kollecinin Qrantem İnstitutu tərəfindən dərc edilən araşdırmada öz əksini tapıb.
“Yay aylarında Avropanın 854 şəhərində həddindən artıq istidən 50 min 391 ölüm hadisəsi qeydə alınıb”, - araşdırmada deyilir.
Həddindən artıq ölüm faktiki ölüm sayı ilə gözlənilən ölüm sayı arasındakı fərqi əks etdirir.
Alimlərin fikrincə, bu şəhərlərdə ümumilikdə təxminən 173 milyon insan yaşayır.
Araşdırmaya görə, ən yüksək ölüm nisbəti 85 yaşdan yuxarı insanlar arasında qeydə alınıb.
Regional olaraq, ən aşağı ölüm nisbəti Şimali Avropada, ən yüksək ölüm nisbəti isə Cənubi Avropada olub. İsti hava dalğasından ən çox Malta, İtaliya, Macarıstan və Xorvatiya zərər çəkib.
Alimlər hesablayırlar ki, hazırda Avropada ümumilikdə temperatur qlobal istiləşmə ilə müqayisədə təxminən 2,5 dərəcə Selsi yüksəkdir.
Araşdırmaya görə, yuxarıda qeyd olunan 50 mindən çox ölüm hadisəsinin 65%-i (32 min 600) antropogen iqlim dəyişikliyindən irəli gəldiyi ehtimal olunur.
Alimlərin hesablamalarına görə, bütün bu ölümlərin təxminən üçdə biri 17 iyun - 1 iyul tarixləri arasında baş verib. Həmin tarixlərdə Avropada orta gündəlik temperatur normadan 5,3 dərəcə Selsi yüksək olub.
Müqayisə üçün deyək ki, 2025-ci ildə həddindən artıq istidən ölüm hallarının sayı təxminən iki dəfə az (24 mn 500) olub. Tədqiqatda yalnız şəhər əhalisi nəzərə alınıb ki, bu da tədqiq olunan 30 ölkədə ümumi əhalinin təxminən 40%-ni təşkil edir.
Tədqiqatçıların fikrincə, Avropada son həddindən artıq ölüm nisbətinin daha da yüksək olacağı gözlənilir. Tədqiqatın müəllifləri belə bir nəticəyə gəliblər ki, 2026-cı ilin yayı Avropa tarixində isti hava dalğası ilə əlaqədar ən təhlükəli yay olub. Belə ki, bu yay Avropa son bir neçə ilin ən isti dövrünü yaşayıb. İstidən ən çox İspaniya, Portuqaliya, Fransa, İtaliya və Yunanıstan ziyan görüb.

DİGƏR XƏBƏRLƏR

Top