Mask aralıq seçkiləri üçün respublikaçılara 445 milyon dollar ianə etdi – “Bloomberg”


Amerikalı milyarder və iş adamı İlon Mask Respublikaçılar Partiyasının qarşıdan gələn aralıq seçkilərdə qalib gəlməsinə kömək etmək üçün 445 milyon dollardan çox ianə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu, Maskı bu seçki dövrünün ən böyük siyasi donoru edib və digərləri ilə yanaşı, Demokratlar Partiyasının əsas donoru milyarder Corc Sorosu da geridə qoyub.
Agetlik qeyd edb ki, Federal Seçki Komissiyasının məlumatlarına görə, Mask təkcə oktyabr ayının ilk iki həftəsində əlavə 76,8 milyon dollar sərmayə qoyub.
“Bloomberg”in məlumatına görə, ianələrin əhəmiyyətli bir hissəsi respublikaçıların ABŞ Senatında təsirlərini qoruyub saxlamalarına kömək etmək məqsədi daşıyıb.
Agentliyin qeyd etdiyi kimi, Mask üçün qarşıdan gələn seçkilərin nəticəsindən çox şey asılıdır. Belə ki, demokratlar Nümayəndələr Palatasına nəzarəti ələ keçirsələr, qanunvericilər onun Hökumət Səmərəliliyi Ofisinin (DOGE) rəhbəri kimi işinə diqqət yetirə bilərlər. Bundan əlavə, onun rəhbərlik etdiyi “SpaceX”, “Tesla” və “Neuralink” şirkətləri federal tənzimləyici siyasətlərdən əhəmiyyətli dərəcədə asılıdır.
Qeyd edək ki ABŞ-də aralıq seçkilər 3 noyabrda keçiriləcək. Bu seçkilər Senatın üçdə birinin və Nümayəndələr Palatasının bütün üzvlərinin, eləcə də 36 ştat və ərazinin qubernatorlarının yenidən seçkilərini əhatə edəcək.
Xatırladaq ki, konqresin hər iki palatası hazırda Respublikaçılar tərəfindən idarə olunur.

DİGƏR XƏBƏRLƏR

Top