Rusiya Xerson istiqamətində atəşkəs elan etdi


Rusiya Silahlı Qüvvələri Oleşki ərazisində humanitar əməliyyatla əlaqədar oktyabrın 27-si Moskva vaxtı ilə səhər saat 4:00-dan (Bakı vaxtı ilə səhər saat 5:00) etibarən Xerson istiqamətində atəşkəs rejimi tətbiq edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.
“İnsanların təhlükəsizliyini və sosial əhəmiyyətli yüklərin çatdırılmasını təmin etmək üçün mühəndislik kəşfiyyatı aparılacaq və humanitar karvanın Xerson vilayətinin Oleşki kəndinə təhlükəsiz keçidi təmin ediləcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, oktyabrın 23-də Ağ Ev Rusiya və Ukraynanın Xerson vilayətindəki Oleşki şəhərindən mülki əhalinin təxliyəsi üçün atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Mətbuat xidmətinin məlumatına görə, atəşkəs ABŞ-nin birinci xanımı Melaniya Tramp tərəfindən danışıqlar yolu ilə əldə edilib.
Ağ Evin mətbuat xidməti Melaniya Trampa istinadla bildirib ki, hər iki ölkənin mülki nümayəndələri sakinləri evlərində birlikdə ziyarət edəcək və onlara lazım olan yardımın həcmini müəyyən edəcəklər. Həmçinin, təxliyə olmaq istəyən sakinlər istədikləri yerlərə getmək üçün nəqliyyat və müşayiətlə təmin olunacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top