
Ermənistanın Antikorrupsiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini uzadıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə qərar bir neçə saatlıq dinləmədən sonra elan edilib.
Beləliklə, Antikorrupsiya Məhkəməsinin hakimi Vardqes Stepanyan prokuror Tsovak Mnatsakanyanın vəsatətini təmin edib.
Robert Koçaryanın vəkili Aram Orbelyan bildirib ki, müdafiə tərəfi hələlik hökmü nəzərdən keçirməyib, lakin ittihamların problemli aspektlərini artıq müəyyən etdiyindən apellyasiya şikayəti vermək niyyətindədir.
Qeyd edək ki, Robert Köçəryan avqustun 25-də həbs edilib. Ermənistan Baş Prokurorluğu Robert Köçəryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı doqquz epizod üzrə cinayət təqibinə başlayıb. Avqustun 27-də məhkəmənin qərarı ilə sabiq prezident barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Tətbiqimizi yükləyə bilərsiniz