İsrail Qərb Sahilində böyük əməliyyata hazırlaşır


İsrail Müdafiə Qüvvələri (İMQ) Qərb Sahilində fəaliyyət göstərən hərbiləşdirilmiş qrupları məhv etmək üçün genişmiqyaslı hərbi əməliyyata  hazırlaşır.
Yeniavaz.com
“The Times of Israel” qəzetinə istinadla xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
O, bu əməliyyatın 1967-ci ildə İsrailin Qərb Sahilinin nəzarətini İordaniyadan ələ keçirdiyi Altı Günlük Müharibədən bəri ən böyük əməliyyat olacağını qeyd edib.
İsrail Baş naziri əməliyyatın vaxtının müəyyən edilmədiyini, ancaq bunun tezliklə baş verəcəyini bildirib.
O, bu bəyanatı cümə günü səhər saatlarında silahlı Fələstin qruprlanının Hebron şəhəri yaxınlığında beş israillini yaraladığı hücumdan sonra verib. 
Məlumata görə, oktyabrın 23-də Qərb Sahilində baş verən atışmada ən azı beş israilli yaralanıb. Silahlı şəxslər yerindəcə öldürülüb. Hadisədən sonra İsrail qüvvələri Hebron şəhərini mühasirəyə alıb və ərazidə hücumçuların mümkün əlbirlərini axtarmağa başlayıb. Daha sonra Netanyahu Qərb Sahilini tamamilə mühasirəyə almaq niyyətində olduğunu elan edib.
“Sakinləri təxliyə edəcək, ev-ev axtarış aparacaq, silahları müsadirə edəcək və bütün terror infrastrukturunu məhv edəcəyik. Eyni zamanda, Hebron və Halhul şəhərlərini mühasirəyə alacağıq. Bu modeli digər şəhərlərə də tətbiq etməyi düşünürük”, - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top