Rusiya və Ukrayna növbəti əsir mübadiləsi həyata keçirdi


Rusiya və Ukrayna “270-ə 270” formuluna uyğun olaraq növbəti əsir mübadiləsi həyata keçirib.
Yeniavaz.com
TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiya Ukrayna əsirliyindən 270 hərbçini geri qaytarıb və 270 Ukrayna Silahlı Qüvvələrinin əsiri mübadilə yolu ilə təhvil verilib.
Digər tərəfdən, bir gün əvvəl tərəflər həlak olanların cəsədlərini mübadilə ediblər. Rusiya 252, Ukrayna isə 25 cəsədi təhvil verib.
Qeyd edək ki, sonuncu əsir mübadiləsi 19 avqustda baş tutub. Mübadilə zamanı 103 rus hərbçisi vətənə qayıdıb. Eyni sayda hərbçi isə Ukrayna tərəfinə təhvil verilib.
Xatırladaq ki, 2026-cı ilin əvvəlindən bəri Rusiya və Ukrayna artıq 18 hərbi əsir mübadiləsi həyata keçirib.

DİGƏR XƏBƏRLƏR

Top