Atəşkəslə bağlı razılığa gəldilər


Rusiya və Ukrayna Xerson vilayətindəki Oleşki şəhərindən mülki əhalinin təxliyəsi üçün atəşkəs barədə razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Ağ Evin veb saytında öz əksini tapıb.
Məlumata görə, atəşkəs humanitar yardımın çatdırılması və mülki şəxslərin xüsusi dəhliz vasitəsilə təxliyəsi məqsədilə əldə edilib.
Ağ Ev həmçinin bildirib ki, oktyabrın 29-da qüvvəyə minəcək atəşkəs haqqında razılıq ABŞ-nin birinci xanımı Melaniya Trampın iştirakı ilə əldə olunub.
ABŞ-nin birinci xanımının və onun nümayəndəsinin hərbi əməliyyatların dayandırılması şərtlərini müəyyən etmək üçün Rusiya və Ukrayna rəhbərliyi ilə birbaşa işlədiyini bildirilib.
Eksklüziv vasitəçi kimi birinci xanım hər iki ölkə ilə danışıqlara başlayıb və sazişin məqsədləri, texniki prosedurları, müddətləri, prosesləri və şərtləri barədə razılığa gəlib.
Melaniya Trampın sözlərinə görə, hər iki ölkənin mülki nümayəndələri sakinləri evlərində birlikdə ziyarət edəcək və onlara lazım olan yardımın həcmini müəyyən edəcəklər. Həmçinin, təxliyə olmaq istəyən sakinlər istədikləri yerlərə getmək üçün nəqliyyat və müşayiətlə təmin olunacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top