Vətəndaşlar ən çox hansı banklara əmanət qoyurlar? – Tam siyahı


Bu ilin ilk 3 rübünün yekununa görə Azərbaycanda fəaliyyət göstərən banklarda fiziki şəxslərə məxsus əmanətlərin ümumi məbləği 18 milyard 435,5 milyon manat olub.
Yeniavaz.com
xəbər verir ki, ötən ilin eyni dövründə fiziki şəxslərə məxsus əmanətlərin ümumi məbləği 15 milyard 383,6 milyon manat olub.
Nəticədə, son bir ildə fiziki şəxslərə məxsus əmanətlərin məbləği 3 milyard 52 milyon manat və ya 19,8% artıb.
Qeyd edək ki, fiziki şəxslər tərəfindən ən çox əmanət yerləşdirilən bank “Azərbaycan Beynəlxalq Bankı” (ABB) olub. Fiziki şəxslərin ABB-yə yerləşdirdikləri əmanətlərin ümumi məbləği 4 milyard 145,1 milyon manat təşkil edib. İkinci sırada 4 milyard 95,1 milyon manatla “Kapital Bank” qərarlaşıb.
Ən az əmanət yerləşdirilən bank isə “Bank Avrasiya” olub. Bu banka fiziki şəxslər tərəfindən 80,4 milyon manat əmanət yerləşdirilib.
Bu ilin ilk 3 rübünün yekununa olan məlumata görə fiziki şəxslərin banklardakı əmanətləri aşağıdakı kimi olub:
ABB – 4 milyard 145,1 milyon manat;
“Kapital Bank” – 4 milyard 95,1 milyon manat;
“PAŞA Bank” – 1 milyard 977,9 milyon manat;
Unibank – 1 milyard 112,3 milyon manat;
“Yelo Bank” – 945,7 milyon manat;
“Bank of Baku” – 913,9 milyon manat;
 “AccessBank” – 897,7 milyon manat;
 “Xalq Bank” – 698,5 milyon manat;
 “Rabitəbank” – 620,2 milyon manat;
 “Bank Respublika” – 604,7 milyon manat;
 “TuranBank” – 384,8 milyon manat;
 “Azər Türk Bank” – 344,8 milyon manat;
 “Expressbank” – 330 milyon manat;
 “Premium Bank” – 309,5 milyon manat;
 “Azərbaycan Sənaye Bankı” – 302,4 milyon manat;
 “AFB Bank” – 235,5 milyon manat;
 “Ziraat Bank Azərbaycan” – 204,9 milyon manat;
 “Bank VTB (Azərbaycan)” – 126,6 milyon manat;
 “Yapı Kredi Bank Azərbaycan” – 105,5 milyon manat;
 “Bank Avrasiya” – 80,4 milyon manat.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top