
Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən banklar bu ilin ilk 9 ayında 1 081,8 milyon manat (636,4 milyon dollar) xalis mənfəət əldə ediblər.
Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 171,1 milyon manat (100,6 milyon dollar) və ya 18,8% artıb.
Müqayisə üçün bildirək ki, bu ilin ilk 9 ayında Gürcüstanda fəaliyyət göstərən 19 bankın ümumi xalis mənfəəti 1 milyard 445 milyon lari (550,4 milyon dollar) olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20% artıb.
Ermənistanda fəaliyyət göstərən 17 bankın ümumi xalis mənfəəti isə 334,4 milyard dram (922 milyon dollar) olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,6% artıb.
Onu da bildirək ki, bu ölkələrin əhalisini də nəzərə aldıqda, Azərbaycanda adambaşına düşən bank mənfəəti 62 dollar, Ermənistanda 297 dollar, Gürcüstanda isə 140 dollar təşkil edib.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz