Rumıniya Prezidenti azərbaycanlıların olduğu gəmiyə hücumda Rusiyanı günahlandırıb


Rumıniya Prezidenti Nikuşor Dan bildirib ki, Qara dənizdə gəmiyə edilən hücum Rusiyanın Ukraynadakı müharibə kontekstində gərginliyi artırmaq səylərinin bir hissəsidir.
Yeniavaz.com
“Mediafax”a istinadla xəbər verir ki, o, Qara dənizdə dron hücumları probleminin həm ölkədaxili, həm də beynəlxalq platformalarda müzakirə edildiyini vurğulayıb.
Xatırladaq ki, bu gün Komor adalarının bayrağı altında üzən “Khoryv” ticarət gəmisi Qara dənizdə, Rumıniyanın Konstansa limanından təxminən 13 dəniz mili aralıda dron hücumuna məruz qalıb. Nəticədə gəmidə yanğın baş verib və o, daha sonra batıb.
Qeyd olunub ki, hadisə nəticəsində bir dənizçi ölüb, üç nəfər itkin düşüb, doqquz nəfər isə xilas edilib.
Rumıniya Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, gəmidə 10-u Ukrayna, 3-ü Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 nəfər olub.

DİGƏR XƏBƏRLƏR

Top