Qara dənizdə azərbaycanlıların olduğu gəmi vuruldu və batdı


Komor adalarının bayrağı altında üzən “Khoryv” ticarət gəmisi Qara dənizdə, Rumıniyanın Konstansa limanından təxminən 13 dəniz mili aralıda dron hücumuna məruz qalıb.
Yeniavaz.com
“Novinite”yə istinadla xəbər verir ki, gəmidə yanğın baş verib və o, daha sonra batıb.
Qeyd olunub ki, hadisə nəticəsində bir dənizçi ölüb, üç nəfər itkin düşüb, doqquz nəfər isə xilas edilib.
Rumıniya Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, gəmidə 10-u Ukrayna, 3-ü Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 nəfər olub.
Qeyd olunub ki, itkin düşən üç dənizçinin axtarışı üçün hadisə yerinə xilasetmə gəmiləri göndərilib.
Rumıniya rəsmiləri hadisənin dəqiq səbəbini hələ müəyyən etməyiblər. İlkin məlumatlara görə, “Khoryv” gəmisi dronun zərbəsinə məruz qalıb və nəticədə göyərtədə yanğın başlayıb. “Digi24” telekanalının məlumatına əsasən, gəmi Rumıniyanın ərazi sularından kənarda, lakin ölkənin dəniz sərhədinə yaxın ərazidə olub. Ehtimal edilən dronun haradan buraxıldığı hələ təsdiqlənməyib.
Portal yazır ki, 1983-cü il istehsalı olan gəmi əsasən filiz və neft daşımaq üçün istifadə edilib.
Qeyd olunub ki, gəmi Türkiyənin Əreğli limanından yola çıxıb və Sulinaya doğru hərəkət edib.

DİGƏR XƏBƏRLƏR

Top