Dənizdə batan şəxs xilas edildi


Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (DHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
“Dalğıclar tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan şəxs Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının və suya yardım məqsədilə əvvəlcədən girmiş vətəndaşın iştirakı ilə xilas edilib”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top