Türkiyədə mədəndə partlayış oldu – 2 nəfər ölüb, 5 nəfər yaralanıb


Türkiyənin Zonquldak vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl kömür mədənində metan qazı partlayışı baş verib.
Yeniavaz.com
“BirGün”ə istinadla xəbər verir ki, partlayış nəticəsində 2 şaxtaçı ölüb, 5 nəfər yaralanıb.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Zonquldak vilayətinin valisi Osman Hacıbektaşoğlu bildirib ki, yaralılardan üçünün vəziyyəti yaxşıdır.
“Yaralılarımız Ankaraya göndərilib. Hazırda dağıntılar altında qalan bir mədənçinin axtarışları davam etdirilir”, – deyə vali qeyd edib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top