
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Yük Taksisi.Az” MMC (VÖEN – 1303349591) olub.
Müsabiqənin şərtlərinə görə, “Yük Taksisi.Az” MMC “Qaçqınkom”dan 2 milyon 543 min 796 manat 80 qəpik alaraq məcburi köçkün ailələrinin işğaldan azad olunmuş yaşayış məntəqələrinə köçürülməsini həyata keçirəcək.
Qeyd edək ki, köçürülmə aşağıdakı yaşayış məntəqələrinə həyata keçiriləcək və ümumilkdə 3 019 nəqliyyat vasitəsi ayrılacaq:
Ağdam şəhərinə – 2 300 ədəd;
Ağdam rayonunun Qərvənd kəndinə – 574 ədəd;
Ağdam rayonunun Eyvazxanbəyli kəndinə – 145 ədəd.
Onu da bildirək ki, köçürmə işini həyata keçirəcək “Yük Taksisi.Az” MMC 2013-cü ildə vergi qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin də direktorudur.
Məlumat üçün qeyd edək ki, təxminən 10 gün əvvəl “Qaçqınkom” “Yük Taksisi.Az” MMC ilə daha bir müqavilə bağlayıb. “Yük Taksisi.Az” MMC 1 milyon 767 min 651 manat 80 qəpik qarşılığnda məcburi köçkün ailələrini aşağıdakı yaşayış məntəqələrinə köçürəcək:
Xankəndi şəhəri, Kərkicahan qəsəbəsinə – 251 ədəd;
Kiçik Qaladərəsi kəndinə – 69 ədəd;
Sarıbaba kəndinə – 50 ədəd;
Xocavənd şəhərinə – 772 ədəd;
Böyük Qaladərəsi kəndinə – 50 ədəd;
Xocavənd rayonu, Qırmızı bazar qəsəbəsinə – 70 ədəd;
Xocavənd rayonu, Quzumkənd kəndinə – 155 ədəd;
Xocavənd rayonu, Zoğalbulaq kəndinə – 100 ədəd;
Xocavənd rayonu, Güneyxırman kəndinə – 177 ədəd;
Xocavənd rayonu, Quzeyxırman kəndinə – 130 ədəd;
Xocalı rayonu, Pirlər kəndinə – 114 ədəd.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz