
Ötən gün Gürcüstana səfər edən Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Lent.az məlumat yayıb.
Bildirilib ki, ona ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq olunub.
Məlumata görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İbad Hüseynov sərbəst buraxılıb.
Sayt yazır ki, İbad Hüseynov 23 oktyabr 2026-cı il tarixində Gürcüstanda keçiriləcək tədbirə qatılmaq üçün Tbilisiyə gedib.
Tətbiqimizi yükləyə bilərsiniz