Dollar ucuzlaşmağa başladı

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. "Yeniavaz.com" xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib. Verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,91 səviyyəsində formalaşıb. Qeyd edək ki, dünən - fevralın 1-də USD/AZN rəsmi məzənnəsi 1,92 manat təşkil edib və banklar dolları 1,93-1,95 manatdan satıblar. Bu isə o deməkdir ki, dollar sabah banklarda bir qədər də ucuz satılacaq.

DİGƏR XƏBƏRLƏR

Top