İrandan Yaxın Şərq ölkələrinə ABŞ-yə dəstəklə bağlı xəbərdarlıq


İran Tehranla Vaşinqton arasında hərbi əməliyyatların yenidən başlaması halında Yaxın Şərq ölkələrindən ABŞ-yə dəstək verməkdən imtina etmələrini tələb edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti”yə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fədə-Hüseyn Maleki danışıb.
“Region ölkələrinə ultimatum verilib və onlardan ABŞ-yə istənilən formada dəstəyi dayandırmaq tələb olunub. 40 günlük müharibə zamanı ABŞ-nin İrana hücum etmək üçün istifadə etdiyi bazaların yerləşdiyi ölkələrin ərazilərindəki həmin obyektlərə zərbələr endirirdik”, – deyə Maleki bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar yenidən başlayacağı təqdirdə Tehran regionda hansı ərəb və digər dövlətlərin ABŞ hərbi qüvvələrinə dəstək verməyə hazır olduğunu müəyyən edə biləcək. Maleki bildirib ki, İran tərəfi müvafiq məlumatı əvvəlcədən həmin ölkələrə çatdırıb və hazırda vəziyyətin inkişafını izləyir.
“ABŞ qüvvələrinə dəstək veriləcəyi təqdirdə İranın cavabı həmin dövlətlərin ərazisində yerləşən hərbi obyektlərə zərbələr endirməklə məhdudlaşmaya bilər. Tehran bu ölkələri düşmən dövlətlər kimi tanıya bilər”, - Maleki deyib.

DİGƏR XƏBƏRLƏR

Top