Çində şiddətli zəlzələ oldu – Ölü və yaralılar var


Xəbər verdiyimiz kimi, Çinin Tibet Muxtar Vilayətinin Naqçu şəhərinin Bakhen rayonunda 7 maqnitudalı zəlzələ meydana gəlib.
Yeniavaz.com
“Sinxua” agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində azı 16 nəfər ölüb, 32 nəfər yaralanıb.
Agentliyin məlumatına görə, yaralılardan 11-nin vəziyyəti ağır, 21-nin vəziyyəti isə yüngül olub.
Bildirilir ki, zəlzələ nəticəsində 300-dən çox ev dağılıb.
Qeyd olunub ki, hazırda zəlzələnin vurduğu ziyanın qiymətləndirilməsi və təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.
“Hadisə yerinə 300-dən çox polis əməkdaşı göndərilib. Regional yanğınsöndürmə-xilasetmə bölməsi isə zəlzələdən zərər çəkmiş ərazilərə 347 əməkdaşını cəlb edib”, - nəşr yazır.

DİGƏR XƏBƏRLƏR

Top