“Rusiya Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazırdır” – Putin


Rusiya və ABŞ Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etmək barədə razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Vesti” proqramının aparıcısı Pavel Zarubinlə söhbətində bildirib.
Aparıcı ona bu barədə dünən Amerika liderinin xüsusi elçisi Stiv Uitkoffla görüşü kontekstində sual verib.
“ABŞ administrasiyasının nümayəndələri ilə danışıqlarımıza gəldikdə, bəli, üçtərəfli danışıqları bərpa etməyə hazır olduğumuz barədə razılığa gəldik”, - Putin qeyd edib.
Putin həmçinin, qeyd edib ki, bu danışıqların məqsədinin sülh müqavilələri bağlandıqdan sonra Ukrayna və Rusiyanın təhlükəsizliyinin təmin edilməsini müzakirə etmək olacaq.
Onun sözlərinə görə, Rusiya və Ukraynanın gələcək təhlükəsizliyinin müzakirəsi Avropa təhlükəsizlik arxitekturasının da müzakirəsini tələb edir.

DİGƏR XƏBƏRLƏR

Top