
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin 2027-2028-ci illərdə imzalanmasını mümkün hesab edir.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o bu barədə hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.
“Mən demişdim ki, Azərbaycanla sülh müqaviləsi 2031-ci ilə qədər imzalana bilər. Daha dəqiq desək, hesab edirəm ki, biz müqaviləni 2027-2028-ci illərdə imzalamalıyıq. Biz Azərbaycanla işləməyə davam etməliyik”, - Paşinyan qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Paşinyan Azərbaycanla sülh müqaviləsini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid etdiyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz