
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “bombaların atası” adlandırdığı yeni silah növünü təqdim etməyə hazırlaşdığını bildirib.
Yeniavaz.com İran KİV-ə istinadla xəbər verir ki, bu barədə SEPAH-ın xüsusi nümayəndəsju Hüseyn Möhəbbi bildirib.
“Biz “bombaların atası”nın təqdimatına hazırlıq mərhələsindəyik. Bu, düşmən üçün yeni bir silah olacaq”, - o, qeyd edib.
Buna baxmayaraq, Hüseyn Möhəbbi İranın əldə etdiyi yeni silah növü barədə ətraflı məlumat verməyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların bərpa edilcəyi təqdirdə, İranın enerji infrastrukturlarına “bombaların anası” adlandırılan ABŞ arsenalındakı ən böyük qeyri-nüvə bombası ilə zərbə endirməyi əmr edəcəyini bildirmişdi.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların bərpa edilcəyi təqdirdə İranın enerji infrastrukturlarına “bombaların anası” adlandırılan ABŞ arsenalındakı ən böyük qeyri-nüvə bombası ilə zərbə endirməyi əmr edəcəyini bildirmişdi. Burada söhbət Amerikanın 9,8 tonluq GBU-43/B yüksək partlayıcı hava bombasından (MOAB) gedir.
Tətbiqimizi yükləyə bilərsiniz