
17 oktyabrda Fransada baş verən iğtişaşlardan sonra saxlanılanların ümumi sayı 2700-ə çatıb.
Yeniavaz.com “Le Parisien” qəzetinə istinadla xəbər verir ki, bu barədə Fransanın ədliyyə naziri Jerald Darmanen Parisin İl-de-Frans bölgəsinin Eson departamentindəki Flyori-Meroji penitensiar mərkəzinin qarşısında keçirilən brifinqdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, saxlanılanlardan 217 nəfəri həbs edilib.
Ədliyyə naziri qeyd edib ki, həbsdə olanların yarısının əvvəllər heç bir cinayət qeydi olmayıb.
Qeyd edək ki, 17 oktyabrda Parisdə və bütün Fransada yanacaq qiymətlərinin artmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçılar etiraz aksiyalarında 800 000 nəfərin iştirak etdiyini təxmin etdilər. Daxili İşlər Nazirliyi isə bu rəqəmin 550 000 olduğunu bildirib. Bir neçə şəhərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili İşlər naziri Loran Nunyes hakimiyyət orqanlarının iğtişaşlarda və talanlarda iştirak edən bütün şəxsləri məsuliyyətə cəlb etməkdə davam edəcəyini vəd edib.
Tətbiqimizi yükləyə bilərsiniz