Xocalı rayonuna yeni polis rəisi təyin olunub.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Eldar Bağırov Xocalı Rayon Polis Şöbəsinə rəis təyin olunub.
Qeyd edək ki, Bağırov buna qədər Xocalı və Göygöl Rayon Polis Şöbələrində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. ARB