Fransa etiraz aksiyalarını qadağan edəcək


Fransa qarşıdakı günlərdə planlaşdırılan bütün qanunsuz etiraz aksiyalarını qadağan edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron kabinet üzvləri ilə böhran vəziyyətini müzakirə etdikdən sonra bildirib.
Onun sözlərinə görə, regional hakimiyyət orqanları və həmkarlar ittifaqları tərəfindən təşkil edilən nümayişlər istisna təşkil edəcək.
Digər tərəfdən, Makron 17 oktyabrda baş verən iğtişaşlara görə solçu radikal qrupları günahlandırıb.
“Onların məqsədi respublikanı məhv etməkdir”, - Makron əlavə edib.
Qeyd edək ki, 17 oktyabrda Parisdə və bütün Fransada yanacaq qiymətlərinin artmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçılar etiraz aksiyalarında 800 000 nəfərin iştirak etdiyini təxmin etdilər. Daxili İşlər Nazirliyi isə bu rəqəmin 550 000 olduğunu bildirib. Bir neçə şəhərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili İşlər naziri Loran Nunyes hakimiyyət orqanlarının iğtişaşlarda və talanlarda iştirak edən bütün şəxsləri məsuliyyətə cəlb etməkdə davam edəcəyini vəd edib.

DİGƏR XƏBƏRLƏR

Top