Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü


Ukrayna əhalisinin sayı 2026-cı ildə 28,5 milyon nəfərə düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova məlumat verib.
O, azalmanın əsas səbəbi kimi əhalinin bir hissəsinin ölkəni tərk etməsi olduğunu bildirib.
“Bir neçə gün əvvəl ilin ortaları üçün əhalinin sayının hesablanması üzərində işimizi başa çatdırdıq - 28,5 milyon. Mühacirətlə əlaqədar artıq yarım milyon itirmişik”, - Libanova qeyd edib.
Onun sözlərinə görə, 2026-cı ilin iyul ayında Kiyevin nəzarətində olan ərazidə təxminən 29 milyon insan yaşayıb. Son altı ay ərzində Ukrayna vətəndaşlarının xaricə kütləvi şəkildə köçməsi ilə əlaqədar əhali yarım milyon azalıb.
Bununla belə, o, onların evə qayıda biləcəklərini də istisna etməyib.
Qeyd edək ki, 2020-ci ilə qədər Ukraynada 44 milyondan çox insan yaşayıb. BMT-nin məlumatına görə, 2024-cü il yanvarın 1-nə Ukrayna əhalisi 37 milyon 441 min nəfər olub.

DİGƏR XƏBƏRLƏR

Top