
Bu ilin ilk 8 ayı ərzində Azərbaycan xarici ölkələrə 16,38 milyard kubmetr təbii qaz sataraq 5 milyard 710,9 milyon dollar gəlir əldə edib.
Yeniavaz.com xəbər verir ki, ixrac olunan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 349 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan təbii qazı 8 ölkəyə satıb. Azərbaycan qazının ən yüksək gömrük dəyəri Yunanıstana ixrac zamanı qeydə alınıb. Bu ölkəyə satılan qazın 1000 kubmetrinin orta gömrük dəyəri 545 dollar təşkil edib.
Təbii qazın satıldığı ölkələr, satılan təbii qazın miqdarı və 1000 kubmetrinin gömrük dəyəri belə olub:
Türkiyə – 6,46 milyard kubmetr (272 dollar);
İtaliya – 5,61 milyard kubmetr (497 dollar);
Gürcüstan – 1,63 milyard kubmetr (109 dollar);
Bolqarıstan – 826,9 milyon kubmetr (310 dollar);
Suriya – 864,4 milyon kubmetr (341 dollar);
Yunanıstan – 692,5 milyon kubmetr (545 dollar);
Serbiya – 115 milyon kubmetr (392 dollar).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz