Kredit faizləri əmanət faizlərindən dəfələrlə yüksəkdir - CƏDVƏL

Banklar əhalinin əlindəki pul vəsaitlərini əmanət şəkilində aşağı faizlə alır, daha sonra isə bu vəsaitləri daha yüksək faizlə kredit şəkilində əhaliyə "geri qaytarırlar". "Yeniavaz.com"un Mərkəzi Bankın (MB) açıqladığı sonuncu statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, istisnasız olaraq bütün iqtisadi rayonlarda kreditlər üzrə orta faiz dərəcəsi əmanətlər üzrə orta faiz dərəcəsini dəfələrlə üstələyir. Bu fərq bəzi rayonlarda daha yüksək, bəzi rayonlarda isə nisbətən aşağıdır. Məsələn, Yuxarı Qarabağ iqtisadi rayonunda əmanətlər 2,7%-lə cəlb olunduğu halda, kreditlər 17,9%-lə verilib. Bu iqtisadi rayonunda kredit faizləri əmanət faizlərini 6,6 dəfə üstələyib. Bundan başqa kredit faizləri əmanət faizlərindən Şəki-Zaqatala iqtisadi rayonunda 5,5, Aran iqtisadi rayonunda 5,2 dəfə, Dağlıq Şirvan iqtisadi rayonunda 4,5, Gəncə-Qazax iqtisadi rayonunda isə 3,5 dəfə çox olub. Naxçıvan iqtisadi rayonunda isə bu fərq 5,2 dəfəyə bərabərdir. Yalnız bir iqtisadi rayonda - Kəlbəcər-Laçın iqtisadi rayonunda bu fərq nisbətən az olub. Belə ki, Kəlbəcər-Laçında banklar əmanətləri daha yüksək faizlə 10,8%-lə qəbul edib, 13,3%-lə kredit şəkilində "geri qaytarıblar".

Regionlar üzrə kredit və əmanət faizləri arasındakı fərq belə olub:

DİGƏR XƏBƏRLƏR

Top