Xocalı və Ağdərəyə köç olub – Fotolar


Xocalı şəhərinə və rayonun Badara, Ballıca, Daşbulaq, Xanyurdu, həmçinin Ağdərə rayonunun Vəngli və Heyvalı kəndlərinə köç olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
“Bu mərhələdə Xocalı şəhərinə 4 ailə-23 nəfər, Ballıca kəndinə 5 ailə – 27 nəfər, Badara kəndinə 3 ailə-7 nəfər, Daşbulaq kəndinə 1 ailə-2 nəfər, Xanyurdu 2 ailə-5 nəfər, Ağdərənin Vəngli kəndinə 6 ailə – 29 nəfər, Heyvalı kəndinə isə 23 ailə-83 nəfər köçürülüb”, - məlumatda deyilir.



DİGƏR XƏBƏRLƏR

Top