"Çoxmənzilli binaları yeni metodla idarə etmək istəyənlər dövlət qeydiyyatına alınır"

"İqtisadiyyat Nazirliyi tərəfindən ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də yeni MMMC-lərin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir". Nazirliyin mətbuat xidmətindən Yeniavaz.com saytına verilən məlumata görə, mənzil-kommunal sahəsində yeni münasibətlərin təbliği, çoxmənzilli binaların idarə olunmasının yeni metodlarının tətbiqi və digər məsələlərin müzakirəsi məqsədilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil edilir: "Bununla yanaşı, yeni idarəetmə üsullarının tətbiqinə maraq göstərən sahə mülkiyyətçiləri İqtisadiyyat Nazirliyində olur və onlara MMMC-lərin yaradılması ilə bağlı hüquqi-təşkilati köməklik göstərilir. Ümumiyyətlə, həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin nəticəsi olaraq, indiyədək 40-dək MMMC yaradılıb və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Qeyd edək ki, paytaxt üzrə ən çox MMMC Binəqədi, Yasamal və Nəsimi rayonlarında yaradılıb. Abşeron rayonu üzrə isə artıq 2 MMMC qeydiyyatdan keçib".

DİGƏR XƏBƏRLƏR

Top