Ermənistan rəsmiləri TRIPP layihəsini müzakirə etmək üçün bölgəyə səfər ediblər


Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan və ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan TRIPP infrastruktur layihəsi ilə bağlı müzakirələr aparmaq üçün Sünik bölgəsinə (Zəngəzur) səfər ediblər.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, Mher Qriqoryan, David Xudatyan, Şəhərsalma Komitəsinin sədri Yegiazar Vardanyan və digər rəsmi şəxslər oktyabrın 21-də Sünik bölgəsində olublar.
Bildirilir ki, səfərin məqsədi TRIPP infrastruktur layihələndirmə işlərinə başlanması ilə bağlı bir sıra təşkilati məsələləri müzakirə etmək və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olub.

DİGƏR XƏBƏRLƏR

Top