İran Fars körfəzində 4 gəmini vurduğunu açıqlayıb


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri Fars körfəzinin şimalında dörd gəmini vurduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Açıqlamada bildirilir ki, hadisə nəticəsində gəmilərdə yanğın baş verib.
Agentliyin məlumatına görə, İİKK-nın Hərbi Dəniz Qüvvələri ABŞ-yə xəbərdarlıq edib ki, Vaşinqton gəmiləri minalanmış su yolundan keçməyə çağırmağa davam edərsə, İranın qisas tədbirləri regiondakı ABŞ hərbi bazalarını da əhatə edə bilər.
Qeyd edək ki, sentyabrın 9-da İİKK-nın sözçüsü Hüseyn Mohebi Hörmüz boğazının şərqində gəmilərin hərəkətinə qadağa qoyulduğunu elan edib. O, Tehranla razılaşdırılmadan keçidə cəhd edən istənilən su nəqliyyatı vasitəsinin sanksiyalarla üzləşəcəyi barədə xəbərdarlıq edib.

DİGƏR XƏBƏRLƏR

Top