ABŞ Yaxın Şərqdəki hərbi bazalarında qoşunlarının sayını azaldır


Pentaqon regional təhdidlərin artması səbəbindən Yaxın Şərqdəki hərbi bazalarında ABŞ qoşunlarının sayını azaldır.
Yeniavaz.com
“CBS News”a istinadən xəbər verir ki, Yəməndə münaqişənin şiddətlənməsi və İrandan gələn birbaşa təhdidlər ABŞ ordusunun regiondakı mövcudluğunun gizli şəkildə azaldılmasına səbəb olub.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Hokins “CBS News”a açıqlamasında bildirib ki, ABŞ hərbçiləri missiyaya hazırlıq səviyyəsini optimallaşdırmaq məqsədilə qoşun və avadanlıqların yerini mütəmadi olaraq dəyişir.
O, əməliyyat təhlükəsizliyi səbəbindən bu hərəkətlərin təfərrüatlarının açıqlanmadığını qeyd edib.
Telekanalın məlumatına görə, bir sıra husi hücumlarından sonra ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanındakı səfirliyin vacib olmayan əməkdaşlarına və onların ailə üzvlərinə ölkəni tərk etməyi tapşırıb.

DİGƏR XƏBƏRLƏR

Top