Səudiyyə Ərəbistanında hava limanına hücum olub – Ölən və yaralananlar var


Səudiyyə Ərəbistanının Dəmmam şəhərində yerləşən Kral Fəhd Beynəlxalq Hava Limanına hücum edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində bir nəfər ölüb, səkkiz nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Digər tərəfdən, ABŞ Dövlət Departamenti husilərin hücumlarından sonra Səudiyyə Ərəbistanındakı bəzi diplomatlara və dövlət işçilərinin ailə üzvlərinə ölkədən təcili olmayan səfərlər etməmək barədə göstəriş verib.
Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib ki, qərar ABŞ hökumətinin əməkdaşlarına və onların ailə üzvlərinə aiddir. O, Körfəz ölkələrindəki digər ABŞ səfirliklərinin əməkdaşlarının da ölkələri tərk etməsi barədə yayılan məlumatların doğru olmadığını qeyd edib.
Piqotun sözlərinə görə, husilərin Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatları mülki şəxslər arasında itkilərə və nəqliyyatın hərəkətində ciddi pozuntulara səbəb olur. O, ABŞ Dövlət Departamentinin əməkdaşlarının və onların ailələrinin təhlükəsizliyinin prioritet olaraq qaldığını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top